​​Master Builders Solutions – 30 məhsul vahid marka altında

Master Builders Solutions, 100 ildən çox olan təcrübəni, inşaat sektorundakı yaradıcılıq və ixtisaslaşmanı təmsil edir, tikili və konstruksiyaların texniki xidməti, təmiri və bərpası üzrə kimyəvi həllər təmin edir. Master Builders Solutions markası, BASF şirkətinin mövcud markalarının, texnologiyalarının və məhsullarının geniş portfellərinin birləşdirilməsi və dünya miqyaslı saysız-hesabsız tikinti layihələrindən əldə edilən qlobal sektor təcrübəmizin əsasında qurulmuşdur.

100 ildən çox təcrübə

1909: Kimyaçı və mütəfəkkir S.W. Flesheim Master Builders şirkətini Ohioda qurdu.

1920-ci illər: Aşağı temperaturda işləyə bilən Master Mix və Master Builders sement məhlulları inşaatın simasını dəyişdi. Metal dolduruculu Embeco yığılmayan sement məhlulu ağır iş maşınlarının zavod səthinə bərkidilməsi üçün istifadə olundu.

1930-cu illər: Master Builders ilk su azaldıcı qatqı maddəsi Pozzolith-i hazırlamaqla betonda inqilab meydana gətirdi, hava sorucu qatqı maddəsi olan Micro Air və sürətləndirici qatqı maddəsi betonun keyfiyyətini və dayanıqlığını  artırdı və beton konstruksiyaya monotonluq gətirdi.

1940-cı illər: MasterKure beton təkmilləşdirici də daxil olmaqla 2-ci Dünya Müharibəsi ərzində texnoloji yeniliklər artmağa davam etdi.

1950-ci illər: Epoksid əsaslı məhlullar Ceilcote və Masterflow 648-in təqdim olunması dünya miqyasında sabit infrastrukturun əsasını qoydu.

1960-cı illər: Ucrete poliuretan sement yer üzlüyü – İfrat istilik, fiziki və kimyəvi təsir mühitlərinə dayanıqlılıq göstərə bilən, ilk və son dərəcə davamlı, hamar səth üzlüyü daha sonradan SKW.MBT-nin bir parçasına çevrilən ICI tərəfindən hazırlandı. SKW Tikinti Kimyəviləri Melment beton plastifikatorlarını istehsal etməyə başladı. Bu növünün ilk nümunəsi olmaqla yanaşı, yüksək səviyyəli erkən dayanıqlılıq tələb edən işlərdə çığır açan bir kəşfdir.

1970-ci illər: Müasir göydələnlər meydana gəldi. Hazır-qarışıq və quraşdırma işlər üçün Rheobuild super plastifikator, betonun rahat yerləşmə qabiliyyətini artıraraq  binaların rekord hündürlüklərə yüksəlməsinə imkan yaratdı.

SKW, PCI Augsburg GmbH-ni və eləcə də ona aid təmir, izolyasiya və bərpa məhlullarından ibarət olan portfeli də əldə etdi.  

1980-ci illər: Bu dövrün bəzi böyük yenilikləri Polyheed su azaldıcı qatqı maddələri və MasterTop epoksid və poliuretan əsaslı döşəmə üzlük sistemləridir.

SKW, poliuretan əsaslı izolyasiya materialları və bərpa edici məhlullarda ixtisaslaşmış ChemRex şirkətini əldə edərək iş həcmini genişləndirdi.

1990-cı illər: Meyco Qlobal Yeraltı İnşaat, tunel qazıntısı və mədən sənayesi üçün püskürdücü beton texnologiyasını hazırladı. Master Builders şirkəti, Rheocrete korroziyanın qarşısını alan qatqılar, M-brace beton güçləndirici və Rheodynamic öz-özünə möhkəmlənən beton kimi qabaqcıl texnologiyalar yaratdı.

SKW, Conica AG və Master Builders Texnologiyanı əldə etdi – və bunu etməklə məhsul portfelini qatqı maddələri, tunelqazma və mədən sənayesi məhsulları və poliuretan texnologiyaları ilə genişləndirdi.