Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) professor Bünyad Sərdarovun xatirəsinə həsr olunmuş BASF Caspian şirkətinin baş sponsorluqu ilə "İnşaat materiallarının istehsal sahələrinin aktual problemləri və həlli yolları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Türkiyə, Rusiya və Qazaxıstandan, habelə ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.

Konfransda AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov görkəmli alim B.Sərdarovun ömür yoluna nəzər salıb, onun elmi fəaliyyətindən, universitet üçün gördüyü işlərdən danışıb.

Prorektorun geniş və əhatəli çıxışından sonra konfransla bağlı təbriklər səslənib.

BASF Caspian MMC-nin baş direktoru Tolqa Baysinop şirkət haqqında məlumat verək, qeyd etmişdir ki, BASF Caspian MMC Almaniyanın nəhəng BASF kimya şirkətlər qrupuna daxildir. 2006-cı ildən Sumqayıtda fəaliyyət göstərən şirkət bütün inşaat sahələrini yüksək keyfiyyətli alman patentli kimyəvi məhsullarla təmin edir. Kimya sənayesinin bütün sahələrində etibarlı tərəfdaşı olan BASF müasir texnologiyalar yaradır və onları yerli bazarlara çıxardır.

AzMİU-nun Materialşünaslıq kafedrasının professoru, Abbas Quvalov konfransın mövzusu barədə məlumat verib, onun əhəmiyyətinə toxunub, mövzunun aktuallığını şərh edib. Konfrans plenar iclasda öz işini davam etdirib, universitetin İnşaat Texnologiya fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru, professor Tahirə Haqverdiyevanın "Professor B.Sərdarovun inşaat elminin və təhsilinin inkişafında rolu" mövzusunda məruzəsi dinlənilib. İstanbul Texnik Universitetinin professoru Mehmet Ali Taşdemirin "Lifli ve lifsiz beton qarışımlarının performansa dayalı tasarımı" və Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutundan texnika üzrə elmlər doktoru C.Camalovun "İnşaat materialları müəssisələrinin fəaliyyəti zamanı yaranan problemlər və onların həlli yolları" adlı məruzələri maraqla qarşılanıb.

Plenar iclasda çıxışlar dinlənildikdən sonra konfrans öz işini bölmələrdə davam etdirib. Beynəlxalq elmi konfransın işi oktyabrın 27-də başa çatıb. 

BASF Caspian haqqında

BASF Caspian nəhəng BASF kimya şirkətlər qrupuna aiddir. 2006-cı ildən etibarən BASF şirkəti Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir. Bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir. Şirkət inşaat kimya məhsullarından: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksi və polüretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları istehsal edir.

Kimya sənayesinin bütün sahələrində etibarlı tərəfdaş olan BASF müasir texnologiyalar yaradır və onları yeni bazarlara çıxardaraq istifadə edir. Təbiətin qorunmasını, sosial cavabdehlik və iqtisadi uğurları birləşdirərək, şirkət хоşbəхt gələcəyin inkişafına böyük  dəstək olur.

BASF şirkəti haqqında

BASF şirkəti, sabit gələcək üçün kimya yaradır. Öz fəaliyyətimizdə biz, iqtisadi uğurlarımızı ətraf mühitə həssas yanaşmamız və sosial məsuliyyətimiz ilə uyğunlaşdırırıq. Ümumi sayı 115 mindən çox olan BASF Şirkətlər Qrupunun əməkdaşları, demək olar ki dünyanın bütün ölkələrində olan müştərilərimizin müxtəli sənayelərdəki bizneslərinin uğurlu inkişafına öz töhvələrini verirlər. Bizim biznesin strukturuna beş əsas seqment daxildir: kimyəvilər, xüsusi təyinatlı məhsullar, funksional materiallar, kənd təsərrüfatı və neft-qaz sənayesi üzrə həllər. 2017-ci ilin yekunlarına görə, BASF şirkətinin satışlarının həcmi 60 milyard Avro təşkil etmişdir. Frankfurt (BAS), London (BFA) və Sürix (BAS) fond birjalarında BASF şirkətinin səhmlərinin alqı-satqısı həyata keçirilir. 

_AIM8894 — копия.jpg

 _AIM8804.JPG

_AIM8986.JPG