Layihə referansımız - Bakı Olimpiya stadionu

Azərbaycan futbolunun yüz illik yubileyinə həsr olunmuş yeni stadionun özül atma mərasimi FİFA prezidenti Josef Blatterin, UEFA prezidenti Mişel Platininin və Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə 6 iyun 2011-ci il tarixində keçirildi. Beynəlxalq futbol assosiasiyalarının ən yüksək texnoloji standartlarına cavab verəcək şəkildə layihələndirilmiş yeni stadion 68 700 nəfərlik tamaşaçı auditoriyası üçün nəzərdə tutulub və futbol qarşılaşmalarından əlavə musiqi tədbirləri üçün də istifadə olunacaq. Tikintinin 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Oyunlarına qədər başa çatdırılması nəzərdə tutulub.

Yeni stadion Azərbaycanda bu miqyasda olan ilk idman məkanıdır. Layihənin baş podratçısı Türkiyənin Tekfen İnşaat şirkətidir. Şirkət, İstanbulda Atatürk Stadionu da daxil olmaqla bu tipli geniş həcmli layihələr üzrə təcrübəyə malikdir. Bu layihə üzrə istifadə olunmuş materiallarla bağlı tələb yüksək idi və beton qatqılarıda istisna deyildi. Betonla bağlı tələblərə müstəsna axıcılıq qabiliyyəti, yüksək erkən möhkəmlik, yüksək hündürlüklərə nasosla vurulmanı təmin edən material daxil idi. Məhsul keyfiyyətinə və əvvəllər uğurlu təcrübəsinə əsasən BASF-ın Master Builders Solutions brendinin həll yolları ilə işlər görüldüyü üçün, sifarişçi yenidən BASF Caspian şirkətinin təklifini təsdiqlədi: təkcə 1800 ton MasterGlenium C303 məhsulunun tələb olunduğu proqnolaşdırılan MasterGlenium tipli 3 müxtəlif hiperplastifikatordan istifadə etməklə yeni stadion üçün betonun optimallaşdırılması həyata keçirildi. Materialın əlavə tələb olunan modifikasiyaları üzrə sıxlaşma kompensatoru MasterRheobuild 561 və bərkiməni yavaşladan vasitə MasterPozzolith 55C  nəzərdə tutulmuşdur.  Bu layihədə istifadə üçün bir çox EB materiallarına kür məhsulu olan MasterKure 215, səthə yad cisimlərin yapışmasının qarşısını alan  MasterRheofinish 202 məhsulu, eləcə də mümkün təmir işləri üçün MasterEmaco tipli xüsusi məhlullar daxildir.

Tətbiq mərhələsi ərzində işçi qrupu bir çox çətinliklərlə qarşılaşmışdı. İlkin təchizatdakı məhdudiyyətləri aradan qaldırdıqdan və son nəticədə sıx qrafikdə böyük həcmdə məhsulun göndərilməsi mümkün olduqdan sonra, Azərbaycandakı aşağı qış temperaturu problemə çevrildi. Bununla belə, ekspertlər həll yolunu tapdılar. Qızdırıcılar birbaşa beton zavodda quraşdırıldı və qatqıları donmadan qorumaq üçün temperatur mütəmadi olaraq ölçülürdü.

Layihədə əlavə olaraq MasterTile® WP 666, MasterTile® 14, MasterTile® FLX 24, MasterSeal® P 101, MasterFlex® 910, MasterSeal® 930, MasterSeal® NP 474, MasterSeal® PG/GG 470, MasterProtect® 8000CI məhsullarımızdan istifadə olunub.

Satış meneceri olaraq layihədən məsul olan Aydın Hacıyev bildirdi: "Sifarişçi bizim logistika işimizdən, müxtəlif ağırlıq dərəcələri olan problemlərin həll olunmasındakı çox funksiyalı yanaşmamızdan və istifadə olunan məhsulların yüksək keyfiyyətindən razı qaldı". "Bizə göstərilmiş etimadı biz tamamilə doğrultduq". O, uğurun ümumi səylə əldə olunduğunu xüsusi olaraq vurğuladı: "Cəlb edilmiş istehsal, logistika və bütün satış bölmələri həlledici töhvə verdilər".