Layihəniz üçün qlobal miqyaslı işçi heyətimizin peşəkar təcrübəsi

BASF şirkətinin tikinti üzrə mütəxəssislərinin bilik bazası və təcrübəsi Master Builders Solutions markasının əsasını təşkil etməkdədir.

  • Tikinti ilə bağlı problemlərinizi həll etmək üçün düzgün məhsulları bir araya gətiririk.
  • İxtisaslaşma sahələri və bölgələr arasında əlaqə yaradır, dünya miqyaslı saysız-hesabsız tikinti layihələrindən əldə edilən təcrübələrdən nümunələr götürürük.
  • İşlərinizdə sizin daha çox müvəffəqiyyət əldə etməyinizi təmin etmək və tikinti işlərinizi davamlı şəkildə həyata keçirmədə yardımçı olan yeniliklər təqdim etmək üçün konstruksiyanızın ehtiyacları ilə yanaşı qlobal BASF texnologiyalarını da hazırlayırıq.

BASF şirkətinin Master Builders Solutions markası, layihələrinizin başlanğıcından sonuna qədər mövcud tikinti kimyəviləri həllərindəki mükəmməlliyimizi təmsil edir. 

Məhsulun öyrənilməsi və təkmilləşdirilməsi - imkan yaradan yeniliklər

BASF dünyanın ən innovativ şirkətlərindən biridir. Gələcəkdə gəlirli şəkildə inkişaf etmənin əsası yenilikdir, bu səbəbdən də gücümüzün təməlini rəqabət təşkil edir.

Dünyanın 70-ə yaxın nöqtəsində təxminən 3000 layihədə təqribən 10 500 əməkdaş  məhsulun öyrənilməsi və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərməkdədir. 2012-ci ildə məhsulun öyrənilməsi və təkmilləşdirilməsi fəaliyyətlərinə 1,7 milyard Avro sərmayə qoyulmuşdur.

BASF şirkətinin geniş əhatəli, qlobal məhsul öyrənilməsi və təkmilləşdirilməsi şəbəkəsinin bir parçası olaraq tikinti kimyəviləri sahəsindəki ixtisaslı əməkdaşlarımız,  BASF texnologiyalarını bilik və təcrübələri ilə birləşdirərək, müştərilərimizin tikinti ilə bağlı özlərinə məxsus problemlərinə həll yolları yaradırlar.  

Konstruksiyaların istismar müddətləri ərzində üstünlüklər təklif edən innovativ məhsullar və həllər yaradırıq.

Tikinti mərhələsi:

  • Yüksək istehsal qabiliyyəti
  • İşlərin daha sürətlə görülməsi
  • Aşağı səviyyəli xərc
  • Təbii ehtiyatlardan az həcmdə istifadə
  • Yüksək enerji məhsuldarlığı
  • Təkmilləşdirilmiş sağlamlıq mühafizəsi və təhlükəsizlik

Tətbiq mərhələsi:

  • Artırılmış istismar müddəti
  • Az xərc tələb edən istismar müddəti
  • Yüksək iş qabiliyyəti və funksionallıq
  • Yüksək təhlükəsizlik və rahatlıq

Məhsulun öyrənilməsi və təkmilləşdirilməsi üzrə müəssisələr:

Tikinti kimyəviləri üzrə məhsulun öyrənilməsi və təkmilləşdirilməsi üzrə müəssisələrimizdən biri Almaniyanın Trostberq bölgəsində yerləşir. Bu obyektin kimya sahəsində 100 ildən çox keçmişi vardır və ilk beton superplastifikatoru olan "Melmet"in uğurla hazırlandığı yerdir.

Trostberqdə məhsulun öyrənilməsi və təkmilləşdirilməsi üzrə fəaliyyətlər, sement əsaslı toz məhsullarında, beton qarışığı materiallarında, sement qatqılarında və bənzər sahələrdə istifadə oluna biləcək polimer – qeyri üzvi materialların qarşılıqlı əlaqəsinə əsaslanmaqdadır.

Digər qlobal məhsul araşdırma və təkmilləşdirmə laboratoriyalarımız:

  • Kaisten (İsveçrə) – yeraltı tikinti bölməsi üçün sement əsaslı sistemlərin hazırlanması və qlobal texniki dəstək
  • Şanxay – su izolyasiyası, yer səthinə üzlük çəkilməsi, təmir və möhkəmləndirmə işləri, yeraltı konstruksiyalar və ya bənzər bölmələr üçün qatran əsaslı materialların öyrənilməsi və təkmilləşdirilməsi.