Əks doldurma

Yeraltı tikintidə geri doldurma

Geri doldurma (yeraltı sərvətlərin işlənməsi zamanı yaranmış boşluqlara materialın doldurulması prosesi) bir çox yeraltı işlərin icrası zamanı yerinə yetirilir. İşlərin böyük dərinlikdə aparılması ilə əlaqədar işlənmiş boşluğun boş süxurla doldurulması effektiv mədənçıxarma işlərinin ayrılmaz hissəsinə çevrilir. Geri doldurma prosesinin optimallaşdırılması məhsuldarlığın artması, filizin və suyun bərpası ilə nəticələnir. Belə işlərin icrası zamanı ortaya çıxan bəzi problemləri kimyəvi məhsulların köməyi ilə yerinə yetirmək olar.

İstifadə edilən geri doldurma növü konkret mineraloji və geotexniki tələblərdən asılıdır. "Master Builders Solutions" brendi mədənçıxarma şirkətlərinə həllər təqdim etmək, aşağı xərclərlə və minimal risklə ekoloji təhlükəsiz geri doldurma işləri icra etmək üçün mədənçıxarma sənayesindəki proseslər barədə anlayışımızı mineralogiya və kimya sahələrindəki təcrübəmizlə birləşdirib.