Torpağın möhkəmləndirilməsi

Torpağın vəziyyətini yaxşılaşdıran və su daxil olmasının qarşısını alan injeksiya tərkibləri

Tunel çəkilməsimədənçıxarma işləri vaxtı arzuolunmaz su sızması riskinin qarşısının alınması və torpağın vəziyyətinin yaxşılaşdırılması üçün Master Builders Solutions brendi irəliləyən qazıntının qarşısındakı torpağın hazırlanması zamanı istifadə edilən ilkin injeksiya məhsullarının tam kompleksini təklif edir. BASF həmçinin post-injeksiya, torpağın sabitləşdirilməsi və konstruksiya təmiri üçün texnologiyalar təqdim edir.

Bizim yüksək effektiv məhsulların sırasına hidroizolyasiya, layların sabitləşdirilməsi və boşluqların doldurulması üçün istifadə edilən mikrosementlər, mineral maye məhlullar və poliuretan silikatlar aiddir. Həmçinin buraya torpağı möhkəmləndirən və sabitləşdirən akril qatranlar və köpük yaradan hidrofil poliuretan daxildir.