Betonun qorunması

Betonun effektiv və uzunmüddətli müdafiəsi üçün qabaqcıl texnologiyalar

Beton hər gün ətraf mühitin dəyişən təsiri, karbon qazı, xloridlər və başqa korroziya maddələrinin təsirinə məruz qalır, nəticədə beton tikililər zəifləyir, onların zədələnmə və dağılma təhlükəsi yaranır.

Beton öz müdafiə xassələrini itirən kimi ciddi korroziya təsirinə məruz qalır. Betondakı çat və zədələr tikilinin armaturunu su, xlorid və digər aqressiv mühitlərin təsiri qarşısında müdafiəsiz edir, nəticədə betonda sürətlə çatlar yaranır, lay-lay qopmalar baş verir, onun istismar müddəti və struktur bütövlüyü təhlükə altında qalır.

BASF konserninin "Master Builders Solutions" brendi betonun qorunması üçün kompleks məhsul xətti təklif edir. Buraya su itələyən materiallar, karbon qazından müdafiə səthləri (yüksək elastikqalın qatlı) və çirkləndirici maddələrin sızmasının qarşısını alan kimyəvi davamlı örtüklər daxildir. Ekspertlərimiz betonun istismar müddətinin saxlanması, tikilinin qiymətinin qaldırılması, onun ilkin xarici görünüşü və xüsusiyyətlərinin qorunub saxlanması məqsədilə korroziyaya ən effektiv nəzarət vasitəsinin müəyyən edilməsi üçün müştərilərlə sıx əməkdaşlıq edirlər.

MasterProtect

MasterEmaco

MasterBrace