TQM əməliyyatları (Tunel Qazma Maşını)

TQM tətbiqi ilə artırılmış effektivlik və iş qabiliyyəti

Master Builders Solutions markası, yumşa q qrunt və sərt qaya şəraitində TQM-nin apardığı qazıntılarda işin effektivliyini yüksəltmək üçün TQM üçün nəzərdə tutulmuş xüsusi məhsulların geniş çeşidini təklif edir.

Layihə-tədqiqat işlərinə əsaslanan innovativ texnologiyamız, tunel qazma fəaliyyətlərindəki ehtiyaclarınıza cavab verir. Tətbiq işlərinə başlamadan əvvəl biz, iş prosesini təkmilləşdirən məhsullar ilə yanaşı, torpaq şəraitinin seçimində müştərilərə kömək etmək və layihəyə uyğun sınaqlar aparmaq üçün laboratoriya vasitələrini təklif edirik. Bu, təkrarlanan dövrələri azaldır və ilkin istismara verilmədən etibarən effektiv istehsal qabiliyyətini təmin edir.

Qlobal olaraq bir-biri ilə əlaqəli olan komandamız planlaşdırmadan tamamlamaya qədər layihənin hər bir mərhələsində texniki məsləhət xidmətləri göstərərək müştərilərimizə problemlərinin öhdəsindən gəlmələri üçün dəstək verirlər.