Hidroizolyasiya və germetizasiya

MasterSeal – universal hidroizolyasiya həlləri

BASF konserninin Master Builders Solutions brendi altında təqdim etdiyi MasterSeal həlləri beton konstruksiyaları ətraf mühitdəki suyun, nəmişliyin və çirkləndirici maddələrin arzuolunmaz sızmasından qoruyan yüksək effektiv hidroizolyasiya və germetizasiya məhsullarıdır.

BASF-ın hidroizolyasiya üzrə ekspertləri dünyanın bütün regionlarında investorlara, layihə sifarişçilərinə və planlaşdırıcılarına, örtük çəkmə üzrə mütəxəssislərə təmir, hidroizolyasiya və betonun germetizasiyası üçün məhsulların unikal birləşməsini ən qənaətli, etibarlı və uzunömürlü həll kimi təklif edir.

Biz əllə və ya tozlama üsulu ilə çəkilən, istənilən növ beton konstruksiyaların bərpası və müdafiəsi üçün nəzərdə tutulmuş innovativ və tez bərkiyən hidroizolyasiya tərkibləri tədarük edirik.

BASF germetikləri dayanıqlı ilişmə yaradır. Bu, bir neçə səth arasındakı hərəkətə mane olmur, lakin konstruksiyanın daxilinə su, nəmişlik və ya çirkləndirici maddələrin sızmasının qarşısını alır. Nəticədə su və kimyəvi maddələrin dağıdıcı təsirlərindən müdafiə yaranır, konstruksiya hətta yüksək nəmişlik və hərəkət intensivliyi olan mühitlərdə belə bütövlüyünü saxlayır.

MasterSeal