Könül Tiz

Marketing xidmətləri
Mob.: 050 224 80 59  

MasterInject – çatların doldurulması və təmiri üçün qatran əsaslı tərkiblər

Çatların doldurulması və təmiri üçün qatran əsaslı MasterInject tərkibləri necə təsir göstərirlər?

Betonun struktur bütövlüyü pozulduqda qatran əsaslı MasterInject injeksiya tərkibləri korroziya, seysmik aktivlik və ya başqa amillərin təsiri nəticəsində yaranan çatları doldurub kipləşdirirlər.

MasterInject təmir tərkiblərinin unikallığı nədədir?
MasterInject məhsulları bina və beton konstruksiyalarda istənilən növ çatlarla istifadə üçün işlənib hazırlanıblar. Onlar daha sonrakı dağılmadan, su, korroziya mayeləri və çirkləndirici maddələrin düşməsindən effektv müdafiə və davamlılıq təmin edirlər.
Bizim epoksid-poliuretan injeksiya tərkiblərimiz çatların konstruksiya təmiri üçün tətbiq edilir. Onlar çata asanlıqla daxil edilir, oradan konstruksiyaya daxil olaraq onun daşıyıcı qabiliyyətini və struktur bütövlüyü bərpa edirlər.
BASF konserninin MasterInject üzrə texniki xidmətinin mütəxəssisləri müştərilərə düzgün seçim etməkdə kömək edirlər.

MasterInject məhsulları əldə etməklə siz həm də BASF konserninin "Master Builders Solutions" texniki dəstək xidmətinə müraciət etmək imkanı əldə edirsiniz. Texniki dəstək xidmətinin mütəxəssisləri problemin əsas səbəbini müəyyən edir və hər müştəri üçün düzgün həll tapırlar.