Aydın Hacıyev 

Satış müdiri, EBA (beton qatqıları)
Mob.: 050 224 80 52  
Email: aydin.haciyev@basf.com 

MasterCem  - sement qatqı maddələri

MasterCem  nədir?

BASF şirkətinin MasterCem məhsul qrupu xırdalanmanı asanlaşdıran, iş qabiliyyətini artıran və xüsusi təyinatlı məhsulların geniş çeşidindən ibarətdir. Sement qatqı maddələri istehsal xərclərini əhəmiyyətli səviyyədə azaldaraq, eyni zamanda istehsal məhsuldarlığını və keyfiyyətini artıraraq sementin iş qabiliyyəti göstəricilərini təkmilləşdirmək üçün hazırlanmışdır.

Niyə MasterCem sement istehsalçıları üçün spesifik həlldir?

Yeniliklərimiz sement istehsalçılarının mövcud və dəyişən tələbatlarının ödənilməsi və qatışıq sementin geniş çeşid diapazonunda tətbiq olunması üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, BASF şirkətinin qlobal şəbəkəsindəki ixtisaslı texniki mütəxəssisləri davamlı olaraq MasterCem məhsullarına texniki dəstək verirlər.

MasterCem məhsullarını seçməklə sement istehsalçılarının rəqabətcil olmaları necə təmin olunur?

MasterCem  sement qatqıları xırdalanma effektivliyini artırır, bu da daha yüksək istehsal həcmini, daha kiçik klinker əmsalını və ümumi CO2 buraxılışında azalmanı təmin edir. İş qabiliyyətini artıran vasitələrimiz sementin xüsusiyyətlərini dəyişdirərərk təkmilləşdirir, sementin müqavimətini, yerləşmə qabiliyyətini, axıcılığını və davamlılığını artırır.