MasterEmaco bərpa sistemi necə təsir göstərir?

MasterEmaco ilə həyata keçirilən bərpa işi, betonun struktur bütünlüyünü təmin edir.

BASF şirkətinin Master Builder Solutions markası altındakı MasterEmaco məhsul sistemi, mürəkkəb ətraf mühit şəraiti, xlor ionları və dəyişən hava şəraiti səbəbindən zərər görən və ya korlanan beton səthlər üçün hərtərəfli həllər təklif edir.

MasterEmeco astarları, sement və qatran əsaslı səth təmiri və bərpası məhlulları, korlanan betonun yerini tutaraq, başlanğıcda olan dayanıqlılığı, struktur bütünlüyünü və  estetik görünüşü təkrar təmin edən, tam təchizatlı bir sistem yanaşmasını meydana gətirir.

MasterEmaco bərpa sistemini spesifik həllə çevirən meyar nədir?

Nəm və ya quru şəkildə püskürtməklə, malakeş və ya əllə çəkilmək üçün hazırlanan MasterEmaco qrupuna aid yüksək iş qabiliyyətli məhsullar, betonun uzunmüddətli dayanıqlılığını və yükə davam gətirmə gücünü əvvəlki vəziyyətə gətirir. Betonu tez bir zamanda istismara vermək üçün qısa vaxt ərzində bərkiyərək, betonun müqavimətinə uyğunlaşır, estetik görünüşünü düzəldir və strukturun istismar müddətini uzadır. MasterEmaco, BASF şirkətinə aid Master Builders Solutions tərəfindən təmin olunan tam təchizatlı dəstək sistemi ilə təklif olunur. Mütəxəssislərimiz, korlanmaya səbəb olan amilləri müəyyən edərək, tikinti strukturunuzun daha çox zərər görməsinin qarşısını alan və uzunmüddətli müdafiəsini təmin edən ən münasib təmir strategiyasını hazırlayır.

Astarlar

Su və ya qatran əsaslı astarlar, təmir məhlulları üçün təmiz və yekcins səthi təmin edirlər, bununla yanaşı, armaturların uzunmüddətli qorunması üçün astarların tərkibində korroziya inhibitorları da vardır.

Konstruksiya təmirləri

Sürətlə bərkiyən təmir məhlulları, konstruksiyaların zərər görmüş bütünlüyünün təkrar əldə olunmasını təmin edir.

Qeyri-konstruksiya təmirləri

Sement əsaslı təmir məhlulları  qeyri-konstruksiya beton elementlərini əvvəlki vəziyyətlərinə gətirir.

Kosmetik təmir işləri

Spesifik betonun rəng və teksturasına uyğunlaşaraq qüsursuz, hamar və yekcins bir yekun təbəqə əmələ gətirir.

MasterEmaco N601  - səthin doldurulması və hamarlanması üçün nəzərdə tutulmuş polimer möhkəmləndirici sement əsaslı birkom-ponentli yüksək möhkəmlikli məhsuldur.

MasterEmaco N605 - quru beton üçün polimer möhkəmləndirici sement əsaslı, birkomponentli təmir məhsuludur

MasterEmaco N 620 - quru beton üçün təmir materialı

MasterEmaco N900 - beton səthi təmir materialı

MasterEmaco S388 - tək komponentli, sement əsaslı tiksotrop xassəli təmir tikinti məhluludur

MasterEmaco S488 - komponentli, sement əsaslı tiksotrop xassəli təmir tikinti məhluludur.

MasterEmaco S488 PG - tək komponentli, sement əsaslı duru təmir tikinti məhluludur