MasterEmaco® N900 - beton səthi təmir materialı

Tətbiq sahələri

  • Beton səthində boşluqların təmirində və yekun hamarlama işlərində;

  • Sənaye obyektlərində epoksid boyalarının altında hamar səthlərin əldə edilməsində;

  • Bütöv səthli betonlarda möhkəm və keçirməz təbəqə əldə edilməsində;

  • Su izolyasiya işlərindən əvvəl beton səthlərinin düzləndirilməsində;

  • Yüngül və orta yüklərə malik olan, xüsusi döşəmələrin altındakı səthlərin düzləndirilməsində;

  • Rəng çəkilməzdən qabaq hamar və su keçirməz beton səthlərinin yaradılmasında;

  • Əvvəlcə inşaat təmir məhlulu ilə təmir edilmiş səthlərin hamarlanmasında istifadə olunur.

Üstünlükləri  

  • Məhlulun hazırlanmasında ancaq suyun tələb olunması və asan çəkilməsi;

  • Betonla yüksək ilişkənliyə malik olması;

  • Geniş səthlərə asan çəkilməsi və çat  verməməsi;

  • Yüksək tiksotropik xüsusiyyətlərə malik olması;

  • Sukeçirməməzliyi;

  • Donma – donu açılma dövrlərinə qarşı dayanıqlı olması;

  • Sıxlaşma deformasiyalarının yaranmaması kimi üstünlüklərə malikdir.