Könül Tiz

Marketing xidmətləri
Mob.: 050 224 80 59  

MasterFinish – beton səthinin yaxşılaşdırılması üçün əlavələr

MasterFinish necə təsir göstərir?

MasterFinish məhsul ailəsi keyfiyyətli səth alınması üçün nəzərdə tutulmuş beton qarışıqlarının və qəlib yağlarının geniş çeşidini özündə birləşdirir.

MasterFinish həllinin unikallığı nədədir?

Bu unikal əlavələr yığma, qabaqcadan gərginləşdirilmiş və monolit betonun xarici görünüşünün yaxşılaşdırılması üçün işlənib hazırlanıblar. Bu əlavələr bir çox qəlib və qəlib əlavələri ilə birlikdə istifadə edilərək onların betonun səthindən asanlıqla qopmasını təmin edə bilərlər. Öz effektivliyi, istifadədə sadəliyi və betonun qəlibdən asanlıqla ayrılması sayəsində bu əlavələr istehsal xərclərini ciddi surətdə azaldırlar. Bundan başqa, MasterFinish əlavələri fakturaları (və ya teksturaları) iri aşkar doldurucularla təmin edərək, həmçinin boşluq və səthdəki başqa qüsurları aradan qaldıraraq beton səthə gözəl xarici görünüş verirlər.

Keyfiyyətli əlavələr istehsalçısı ilə tərəfdaşlıq uğurun açarıdır.

MasterFinish məhsulları əldə etməklə siz BASF konserninin "Master Builders Solutions" texniki dəstək xidmətinə müraciət etmək imkanı əldə edirsiniz. BASF konserni müştərilərin arzularını dinləyərək və onlarla sıx əməkdaşlıq edərək beton istehsalının effektivliyini və rentabelliyini artırmaq üçün daima yüksək keyfiyyətli məhsullar və xüsusiləşmiş həllər hazırlayır.

MasterFinish 202 - Dəmir və playwood qəliblərə tökülən betonu çıxartmaq üçün həlledici maddə əsaslı kimyəvi reaktiv qəlib materialı.

MasterFinish 225D - Suazaldıcı/modifikasiya olunmuş sulfonat liqnin əsaslı, bərkimə müddətini ləngitmə effektə malik, orta dərəcədə plastifikləşdirici  (qəlib yağı).

MasterFinish 251P - Bitki yağı emulsiya əsaslı, estetik səth üçün istifadə olunan qəlib ayırıcı.