MasterFlow® 402 - epoksid əsaslı, dənəvər kvars dolduruculu, üç komponentli öz-özünə yayılan məhluldur.

TƏTBİQ SAHƏSİ

  • Ağır dəzgahların quraşdırılmasında;
  • Yüksək dinamiki yüklərə səbəb olan avadanlıqların altındakı özüllərdə;
  • Yüksək möhkəmlik tələb olunan, portal və qüllə kranlarının dirək və tirləri üçün əsasların təmirində;
  • Körpü dirəklərində;
  • Polad sütunların əsasla təsbit edilməsində;
  • Dəniz qurğularının təmirində və qulluq edilməsində;
  • Yer altında qalan memarlıq konstruksiyaların təmirində və qorunmasında;
  • Döşəmə və inşaat konstruksiyalarında olan geniş çatların təmirində istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

  • Astarsız tətbiq olunması;
  • Öz-özünə yayılması;
  • Kimyəvi maddələrə qarşı dayanıqlı olması;
  • Sıxılmaya, əyilməyə və dartılmaya qarşı yüksək dayanıqlığa malik olması;
  • Zərbə və aşınmaya qarşı yüksək dayanıqlı olması;
  • Beton və suvaqla yüksək ilişkənliyə malik olması;
  • İşləmə qabiliyyətini və istifadəyə yararlığını uzun müddət qoruyub saxlaması;
  • Yığılmaması;
  • Tərkibində həlledici olmaması kimi üstünlüklərə malikdir.