MasterFlow® 928 – öz-özünə yayılan tək komponentli, polimer möhkəmləndiricili sement əsaslı duru məhluldur.

TƏTBİQ SAHƏSİ

  • Arakəsmə və sütunların ucluqlarının hazırlanmasında;
  • Blok inşaat konstruksiyaların quraş¬dırıl-masında;
  • Elektrik stansiyalarında turbinlərin sabitlənməsində;
  • Əsasların üzərində generator, compresor və nasosların quraşdırılmasında;
  • Əsasların üzərində müxtəlif sənaye dəzgahlarının quraşdırılmasında;
  • Polad sütunların özülə bərkidilməsində;
  • Dəmir-beton və polad hörgülərdə xüsusi saxlanmış boşluqların doldurulmasında.

ÜSTÜNLÜKLƏRİ

  • Hazırlanması üçün ancaq suyun tələb olunması və taxta qəlibdə rahat yayılması;
  • Yüklərə qarşı yüksək dayanıqlığa malik olması;
  • Yüksək axıcılığa malik olması;
  • Suyunun ayrılmaması;
  • Plastiklik və erkən bərkimə mərhələsində genişlənməsi;
  • İstismar müddətində atmosfer təsirlərindən, özünün fiziki xüsusiyyətlərini dəyişdirməməsi;
  • Beton və armaturla yüksək ilişkənliyə malik olması;
  • Sukeçirməməzliyi;
  • Sulfat və xloridə qarşı dayanıqlı olması;
  • Yağa qarşı dayanıqlığa malik olması;
  • Donma – donu açılma dövrlərinə qarşı dayanıqlı olması;
  • Yığılmaması kimi üstünlüklərə malikdir.