MasterGlenium® 51 - yeni nəsil superplastifikləşdirici beton əlavəsi

TƏTBİQ SAHƏSİ

  • Öz-özünə yerləşən və sıxlaşan beton tərkiblərinin istehsalında;
  • Sıx armaturlanmış konstruksiyalarda rahatlıqla yerləşdirilməsi üçün reodinamik betonun istehsalında;
  • 18-24 saatlıq və 28 günlük yüksək möhkəmlikli beton istehsalında;
  • Zavod şəraitində və eləcə də hazır beton qarışıqlarının istehsalında;
  • Hazır beton istehsalında istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

  • Ənənəvi superplastifikləşdiricilərlə (NSF yaxud MSF) müqayisədə betonun texniki xüsusiyyətlərini, o cümlədən ilkin və həddi möhkəmlik göstəricisini, elastiklik modulunu və keçirməzliyini, poladla ilişkənliyini (adqeziya) yaxşılaşdırması;

  • Betonun karbonatlaşmaya qarşı müqa­vimətini, xlor ionları və digər aqressiv kimyəvi maddələrin təsirinə qarşı dayanıq­lığını artırması, həmçinin çatəmələgəlmə və həddi dartılma göstəricisini azaltmaq kimi mexaniki göstəricilərini də yaxşılaşdırması;

  • Aşağı su/sement nisbəti hesabına laylara ayrılma və qusma riski az olan reoplastik beton əldə edilməsi;

  • Hətta aşağı temperatur şəraitində belə yüksək ilkin möhkəmlikli beton əldə edilməsinə imkan yaratması;

  • Qəlib sökülmə müddətinin minimum həddə qədər azaldılması;

  • Betonun laylara ayrılma dərəcəsini və tərləməsini aşağı salması, aşınmaya qarşı dayanıqlığını artırması;

  • Beton qarışığında aşağı su/sement nisbəti, yüksək ilkin möhkəmliyini yığması, tərləmənin aşağı salınması sayəsində, təzə betonun üzərinə qətran örtüyün döşənməsi müddətinin azaldılması;

  • Betonun donma və donu açılma dövrlərinə qarşı dayanıqlığını artırması;

  • Zavod şəraitində yığma blokların istehsalında termiki emal müddətinin və temperaturunun aşağı salınması;

  • Sementin bütün növləri ilə birlikdə işləyə bilməsi;

  • Müxtəlif materiallara qarşı az həssaslığı;

  • MasterGlenium® 51-in tərkibində xlorun olmamasıdır.