Aydın Hacıyev 

Satış müdiri, EBA (beton qatqıları)
Mob.: 050 224 80 52  
Email: aydin.haciyev@basf.com 

MasterMatrix – uzunömürlü özüsıxlaşan beton üçün polimer əlavələr

MasterMatrix necə təsir göstərir?

MasterMatrix stabil özüsıxlaşan beton əldə etmək, məhsuldarlıq və davamlılığı artırmaq məqsədi ilə beton qarışığının reoloji xassələrini modifikasiya edən su əsaslı polimer əlavədir.

MasterMatrix həllinin unikallığı nədədir?

Bu unikal texnologiya Master Builders Solutions plastifikatorlarından biri ilə birgə istifadə zamanı asan döşənmə, hərəkətlilik və laylanmaya qarşı davamlılıq arasında lazımi balans təmin etmək üçün beton qarışığının optimal özlülüyünü əldə etməyə imkan verir.

Keyfiyyətli əlavələr istehsalçısı ilə tərəfdaşlıq uğurun açarıdır.

MasterMatrix məhsulları əldə etməklə siz BASF konserninin Master Builders Solutions texniki dəstək xidmətinə müraciət etmək imkanı əldə edirsiniz. BASF konserni müştərilərin arzularını dinləyərək və onlarla sıx əməkdaşlıq edərək beton istehsalının effektivliyini və rentabelliyini artırmaq üçün daima yüksək keyfiyyətli məhsullar və xüsusiləşmiş həllər hazırlayır.