"MasterProtect" müdafiə örtükləri və korroziya inhibitorları

"MasterProtect" məhsulları necə təsir göstərirlər?

Betonun müdafiəsi beton tikililərin uzun ömürlüyünü təmin etmək, zədələnmiş səthlərin ilkin görünüşünü və xüsusiyyətlərini bərpa etmək üçün əhəmiyyətlidir. BASF-ın MasterProtect məhsul xətti konstruksiyaların uzunmüddətli müdafiəsini və davamlılığını təmin edir.

"MasterProtect" seriyasının unikallığı nədədir?

MasterProtect – betonun əlverişsiz hava şəraitinə, ətraf mühitdəki çirkləndiricilərə və korroziya maddələrinin təsirinə davamlılığını artıran, yüksək effektiv, su itələyən, yüksək elastik, qalın qatlı, karbon qazından müdafiə qabiliyyətli kimyəvi davamlı səthlər ailəsidir.
Bundan başqa, bu seriyaya həmçinin betona daxil olaraq armaturun korroziyasına nəzarət edə bilən, anod və ya başqa korroziya əleyhinə səthlərlə təmsil edilmiş xüsusi korroziya inhibitoru xətti də daxildir.

"MasterProtect" dəstək xidməti ən qənaətli həll təklif edir.

Karbon qazından müdafiə

Beton konstruksiyaların və armaturların karbon qazının, su və xloridlərin keyfiyyətli və uzun müddətli müdafiəsini təmin edən səthlər.

Kimyəvi davamlı səthlər

Kimyəvi çirkləndirici maddələrin təsirinə məruz qalmış beton konstruksiyaların və armaturların keçirməyən, davamlı müdafiəsi.

Hidrofobizasiya və hopdurma

Həm adi, həm də armaturlu beton üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli xüsusiləşmiş məhsullar. Onlar su itələyən maddələr kimi təsir göstərirlər və mayenin buxarlanmasını təmin edərək, betonu hermetikləşdirib uzun  illər boyu qoruyaraq səthin ilkin xarici görünüşünü qoruyub saxlayırlar.

Katod müdafiəsi

Dəmir-beton armaturu üçün korroziyadan müasir müdafiə