Əlaqə 

Aydın Hacıyev 

Satış Müdüri

MasterRoc

MasterRoc ilə yeraltı tikinti sahəsinin ən çətin tapşırıqlarının həlli

MasterRoc məhsul xətti tunel tikintisimədənçıxarma sənayesi sahələrində bazarın ən yaxşı innovativ həllərini təklif edir. Bizim müştəri tələbatına yönəlmiş etibarlı həllərimiz bir neçə unikal texnologiyadan faydalanır:

  • Püskürtmə betonun istismar xüsusiyyətlərini yaxşılaşdıran əlavələr: sürətləndiricilər, liflər, beton qarışığının hərəkətliliyini saxlayan maddələr və plastifikatorlar.
  • Tunellərin vahid kompozit üzlənməsini təmin edən, toz şəklində vurulan su keçirməz membranlar.
  • Mədənçıxarma sənayesi və tunel tikintisi üçün təhlükəsiz və qənaətli injeksiya tərkibləri.
  • Tunel qazan maşınların işinin təhlükəsizliyini və qənaətcilliyini təmin edən kimyəvi texnologiyaların böyük seçimi.

MasterRoc həllinin müştərilər üçün unikallığı nədədir?

MasterRoc məhsul xətti müştərilərimizin yeraltı tikinti sahəsindəki bütün ehtiyaclarına cavab verən həllərin tam komplesini təşkil edir. Müxtəlif çeşidli portfoliodan başqa biz həm də bütün dünya üzrə ən uyğun məhsul və sistemlərin seçimində peşəkar dəstək göstəririk. Nəzərdə tutduğunuz işləri ən yüksək təhlükəsizlik standartlarına uyğun olmaqla uğurla yerinə yetirməyiniz üçün mütəxəssislərimiz sizə son nailiyyət və texnologiyalara əsaslanmış ən yaxşı, qənaətcil və kompleks həllər seçməkdə kömək edəcəklər.

Yeraltı tikinti sahəsində zəngin təcrübə

BASF ekspertlərinin bütün dünya üzrə yeraltı tikinti sahəsində dəstəyi ilə müşayiət edilən MasterRoc məhsul xətti mühəndislərin, sifarişçi və icraçıların tunel tikintisi və mədənçıxarma sənayesi sahələrindəki tələblərinə istiqamətlənmiş etibarlı həllər təklif edir. Biz layihənin icrasına başlandığı andan müştərilərlə əlaqədə olaraq konkret məhsul seçimində köməklik göstərir, onun tətbiqi üzrə təlim keçir və məsləhət xidməti göstəririk.