Su izolyasiya və germetizasiya

MasterSeal – universal su izolyasiya həlləri

BASF konserninin Master Builders Solutions brendi altında təqdim etdiyi MasterSeal həlləri beton konstruksiyaları ətraf mühitdəki suyun, nəmişliyin və çirkləndirici maddələrin arzuolunmaz sızmasından qoruyan yüksək effektiv su izolyasiya və germetizasiya məhsullarıdır.

BASF-ın su izolyasiya üzrə ekspertləri dünyanın bütün regionlarında investorlara, layihə sifarişçilərinə və planlaşdırıcılarına, örtük çəkmə üzrə mütəxəssislərə təmir, su izolyasiya və betonun germetizasiyası üçün məhsulların unikal birləşməsini ən qənaətli, etibarlı və uzunömürlü həll kimi təklif edir.

Biz əllə və ya tozlama üsulu ilə çəkilən, istənilən növ beton konstruksiyaların bərpası və müdafiəsi üçün nəzərdə tutulmuş innovativ və tez bərkiyən su izolyasiya tərkibləri tədarük edirik.

BASF germetikləri dayanıqlı ilişmə yaradır. Bu, bir neçə səth arasındakı hərəkətə mane olmur, lakin konstruksiyanın daxilinə su, nəmişlik və ya çirkləndirici maddələrin sızmasının qarşısını alır. Nəticədə su və kimyəvi maddələrin dağıdıcı təsirlərindən müdafiə yaranır, konstruksiya hətta yüksək nəmişlik və hərəkət intensivliyi olan mühitlərdə belə bütövlüyünü saxlayır.

MasterSeal məhsulları

MasterSeal 589

Könül Tiz

Marketing xidmətləri
Mob.: 050 224 80 59  

Finder Webpart

Find fast access to any Master Builders Solutions product.