MasterTop - poliuretan döşəmə örtükləri

Niyə MasterTop?

BASF konserninin "Master Builders Solutions" brendi altında təqdim edilən MasterTop məhsul ailəsi müxtəlif sahələrdə sənaye və dekorativ məqsədlərlə tətbiq edilən, quru qarışıq şəklində olan sement, epoksid və poliuretan universal döşəmə örtükləri xəttidir.

MasterTop həllinin unikallığı nədədir?

MasterTop möhtəşəm poliuretan döşəmə örtükləri elastikliyi, cızıqlara qarşı davamlılığı və möhkəmlikləri ilə fərqlənirlər. MasterTop ictimai, inzibati və ticarət binaları, həmçinin səhiyyə və təhsil müəssisələri üçün ideal həlldir, çünki poliuretan döşəmə örtükləri tam tikişsizdirlər, onlar cəlbedici, gigienik, asan təmizlənən, uzunömürlü, üstündə gəzmək xoş olan döşəmə yaradırlar.

MasterTop epoksid döşəmə örtükləri xətti adətən zavodlarda və anbarlarda istifadə edilir, çünki belə örtüklər yüksək mexaniki möhkəmlikləri və aqressiv mayelərə (məsələn, kimyəvi maddələrə, yağlara, xlorid və yanacağa) davamlılıqları ilə səciyyələnirlər.

Biz həmçinin qənaətli və köhnəlməyə davamlı səthlər tələb olunan zavod və anbarlarda möhkəmləndirilmiş üst qatlı beton döşəmələrin hazırlanması üçün nəzərdə tutulmuş, quru qarışıqdan hazırlanmış, sement əsaslı MasterTop toppinqlərini təklif edirik. Yüksək mexaniki möhkəmlik təmin etmək üçün döşəmələrin belə möhkəmləndirilmiş üst qatları qumdan, sementin xüsusi növlərindən və möhkəm dolduruculardan hazırlanırlar.

Döşəmələriniz üçün etibarlı tərəfdaş.

Bizim texniki dəstək xidmətləri ən yüksək keyfiyyətli, optimal davamlılıqlı və rentabelli döşəmə örtüklərinin düzgün seçimi üçün məhsulun tam istismar müddətini nəzərə alırlar. Çəkilmə sürəti və təmir-bərpa işlərinin ümumi müddətinin azaldılması kimi amillərin vacib olduğu bir zamanda MasterTop məhsullarımız müxtəlif müştərilərin tətbiq sahələrinin spesifik tələbatlarının qarşılanması üçün hazırlanıblar.

MasterTop məhsulları

MasterTop® 100 - Sement əsaslı istifadə üçün hazır olan üst qat sərtləşdiricisidir
MasterTop® 430 - Korund aşqarlı səth bərkidicisi
MasterTop® 505 - Sement əsaslı özüyayılan düzləşdirən hamarlayıcı qat məhlulu
MasterTop® 528 - Sement əsaslı, özüyayılan hamarlayacı örtük
MasterTop® 535 - Sement əsaslı, özüyayılan döşəmə örtüyü

Könül Tiz

Marketing xidmətləri
Mob.: 050 224 80 59  

Finder Webpart

Find fast access to any Master Builders Solutions product.