Sement istehsalçılarının ehtiyacları, bizim müştəri yanaşmamızı müəyyənləşdirir.

Sement istehsalı dünyanın ən mürəkkəb sənaye sahələrindən biridir. Həm iqtisadi, həm  də ekoloji problemlərlə, eləcə də zavod və insan resurslarının çərçivəsinə sığmayan çox sayda gözləntilərlə qarşı-qarşıyadır.

Klinker əmsalını azaltmaq, istehsal məhsuldarlığını və ümumi olaraq sementin  iş qabiliyyətini artırmaq gözləntiləri ilə yanaşı, zavod sahibkarlarından enerji sərfiyyatını optimal səviyyəyə gətirmələri və karbon qazı buraxılışını azaltmaları gözlənilməkdədir.

Master Builders Solutions markasının bir parçası MasterCem ilə BASF şirkəti sement istehsalçılarının mövcud və gələcəkdə meydana çıxacaq tələbatlarına yönəlmiş bir sıra üyütmə asanlaşdırıcı, dayanıqlılıq artırıcı vasitələr və xüsusi məhsullar təklif etməkdədir. Məhsul portfelimiz sement sənayesinin dərindən dərk olunmasına və sement materialları üzrə uzun müddətli təcrübələrimizə əsaslanmaqdadır. Bu təcrübəmiz, yerli şəraitdə ixtisaslaşmış və lazımi resurslara malik dünya miqyaslı sement mütəxəssislərimiz tərəfindən tətbiq prosesinin bütün mərhələlərində aparıcı həllər təklif etməklə inkişaf etmişdir.