Layihə Sifarişçiləri / İnvestorlar

BASF şirkətMaster Builders Solutions markası altında konstruksiya layihələri üçün məhsul sistemlərinin ən geniş portfelini təchiz edir. Müştərilərimizlə əlaqə yaradaraq, layihə sifarişçilərinə, investorlara və daşınmaz əmlak agentlərinə dəstək veririk. Konkret bir müştəri üçün nəzərdə tutulmuş spesifik təklif və həllərimizi sektordakı qabaqcıl məhsullarımız və qlobal miqyaslı ixtisaslaşmamız ilə birləşdirərək layihə sifarişçiləri və investorların dizayn və məhsuldarlıq tələbatlarına cavab veririk.

İstər yeni bir tikinti, istərsə də bərpa, təmir və ya tikilinin texniki baxışı üçün olsun, BASF şirkətinin mütəxəssisləri uğura gedən yolun, hər bir layihəni başlanğıcından etibarən dərk etməkdən və qiymətləndirmədən keçdiyini bilirlər. Təcrübəli texniklərimiz hərtərəfli strategiyalar hazırlamaq üçün hər bir iş sahəsinin spesifik ehtiyaclarını yerli şərtləri nəzərə almaqla qiymətləndirirlər.

BASF şirkətinin innovativ məhsulları və həlləri, müştərilərin vaxta və pula qənaət etmələrinə yardım edir, tikililərin çox az ya da hər hansı bir gecikmə olmadan qısa müddətdə və səmərəli bir şəkildə inşa edilməsini və bərpasını təmin edirlər. Dayanıqlılıq üzrə həllərimiz texniki baxış aralıqlarının artmasına imkan verir və daha qənaətli olması səbəbindən layihə sifarişçisinin investisiyadan daha yüksək bir mənfəət əldə etməsini təmin edir. Bundan əlavə, LEED, BREEAM və DGNB kimi reytinq sistemləri tərəfindən ekoloji baxımdan təsdiqlənmiş məhsullar hazırlamaqla müştərilərin uzun istismar müddətli tikililər inşa etməsinə yardım edirlər.

Özü də bir sənaye investoru olan BASF şirkəti uğurlu inşaat layihələrində nəyin əhəmiyyət daşıdığını bilir. Bu səbəbdən planlamada riskin idarəolunmasına da xüsusi diqqət yetiririk. Bir investor və ya layihə sifarişçisi olaraq, BASF şirkətinin təlim keçdiyi iş icraçıları ilə peşəkar işçilik və mükəmməl quraşdırmaya zəmanət verən tam ahəngli məhsul sistemlərindən istifadə etməklə risklərinizin azaldılmasında sizə dəstək oluruq.