İxtsaslı iş icraçıları 

Master Builders Solutions markası, bazarın qabaqcıl məhsullarının bir bütünündən çoxunu təmsil edir. Master Builders Solutions markasının qlobal məsləhətçi qrupu, dünya miqyasında çox sayda inşaat layihələrindən əldə etdiyi zəngin təcrübəsi ilə, inşaat, texniki baxış və bərpa üçün keyfiyyət, məhsuldarlıq və təhlükəsizliyi yüksəltməklə bağlı texniki tövsiyələr, yerində xüsusi dəstək və məhsulla bağlı təlim verərək ixtisaslı iş icraçılarına kompleks yanaşmalar təklif edirlər.

İFəaliyyətlər və tətbiqlər

Həllər

Təmir və Möhkəmləndirmə işləri

Mütəxəssislərimiz tikililərin istismar müddətini uzatmaq, konstruksiyanın bütünlüyünü yenidən yaratmaq məqsədilə konstruksiyadakı korlanmanın əsas səbəblərini müəyyənləşdirmək üçün səthi zədələrdən ziyadə daha mühüm məqamlara diqqət etməli olduqlarını bilirlər. Onlar layihənin başlanğıcından etibarən müştərilərimizlə əlaqə yaradaraq, istismar müddətinin uzadılmasına və texniki xidmətə zəmanət verərək müştərilərimizin daha çox uğur qazanmasına imkan verən, iş sahəsinin şərtlərinə müvafiq şəkildə dizayn edilmiş, konkret müştəriyə yönəlmiş spesifik və davamlı sistem strategiyalarını hazırlayırlar.

Master Builders Solutions markasının inşaat məhsulları uzunmüddətli müdafiəni və ən effektiv yenilənməni təmin edən, məqsədə yönəlmiş sistemləri qurmaq üçün hazırlanmışdır. Sürətlə bərkiyən təmir məhlullarından çatları bərpa edən beton möhkəmləndiricilərinə və korroziyanın qarşısını alan qoruyucu üzlüklərə qədər texnoloji cəhətdən üstün məhsullarımızın milli və / və ya beynəlxalq standartların şərtlərinə uyğunluğu müstəqil şəkildə sınaqdan keçirilmişdir. 

MasterEmaco

MasterProtect

MasterInject

Döşəmə Sistemləri

BASF şirkəti, döşəməyə üzlük çəkilməsi ilə bağlı işlərin əksəriyyətində konkret müştəri üçün nəzərdə tutulmuş spesifik həllər üzrə ixtisaslaşmışdır. Üstün keyfiyyətli MasterTop və Ucrete mükəmməl döşəmə üzlük sistemlərimiz həm dekorativ, həm də sənaye məqsədləri üçün nəzərdə tutulmuşdur və həm fərdi iş qabiliyyətinə, həm də döşəmə  üzlükləri tətbiq edənlərin qarşılaşdıqları maya dəyəri, vaxt məhdudiyyəti və istehsal səmərəliliyi kimi texniki meyarlara diqqəti yönəltmişdir.

Master Builders Solutions markasının bir parçası olan geniş tətbiq dairəli MasterTop məhsul qrupuna, yüksək iş qabiliyyətinə malik poliuretan və epoksid döşəmə üzlük sistemləri daxildir. Qabaqcadan qablaşdırılması, maye şəklində tətbiq olunması və sürətlə bərkiyən qatranlar təsirini göstərərkən istifadə edilməsi sayəsində asan və sürətli tətbiqə imkan verir. Bir çox sektora uyğunlaşmaqla yanaşı, rahat, uzunmüddətli və sadə monoxromdan son dərədə yaradıcı dekorativ effektlərə qədər bir çox diqqət çəkən xüsusiyyətlərə malikdirlər.

Üstün keyfiyyətli Ucrete sənaye təyinatlı yer üzlüklərimiz uzunmüddətli, dayanıqlı həllərdə bir addım öndədir. Qida və içki, kimya və əczaçılıq sənayelərində geniş istifadəsi ilə Ucrete, təhlükəli kimyəvilərə, mexaniki və istilik təsirlərinə mütəmadi məruz qalan döşəmələr üçün idealdır. Ucrete dəqiq miqdarlarda əvvəlcədən qablaşdırılmış şəkildə təchiz olunur və məhsulun iş qabiliyyətinin optimallaşdırılması üçün xüsusi olaraq sertifikat verilmiş BASF şirkətinin əməkdaşları tərəfindən hərtərəfli təlim də verilir.

BASF şirkətinin qlobal miqyaslı texniki dəstək heyətləri tətbiqin sürətli şəkildə həyata keçirilməsinin və sürətli texniki xidmətin zəruri olduğunu bilirlər. Təcrübəli texniklərimiz layihənin planlama mərhələsindən etibarən məhsulu tətbiq edən şəxslərlə birlikdə çalışırlar və məhsulun tam istismar dövrünü nəzərə alaraq, hər bir müştərinin və sənayenin tələbatlarına uyğun ən etibarlı, davamlı və sərfəli döşəmə üzlük həllini seçirlər.

MasterTop

Ucrete

Su izolyasiyası 

İstər döşəmə üstü ya da altı üçün olsun, bütün bina konstruksiyaları yağış suyu, rütubət, hidrostatik təzyiq və zaman ərzində konstruksiyanın uzunmüddətli bütünlüyünə maneə törədə biləcək çirkab suları şəklində olan arzuolunmaz suların dağıdıcı təsirinə məruz qalırlar. Bu problemlərin əksəriyyəti ümumən və ya qismən konstruksiyanın səthində detalların birləşdiyi birləşmə yerlərində meydana gəlir. Layihələndirmə mərhələsində bu birləşmələrin diqqətlə nəzərə alınması konstruksiyanın istismar müddətini uzadır və konstruksiyanın uzunmüddətli zədələnməsinə səbəb olan çat və sızmaların qarşısını alır.  

Master Builders Solutions markası altında dünyada öndə gələn, əllə və püskürtməklə tətbiq olunan MasterSeal su keçirməyən maye membranlar portfeli, döşəmə altı konstruksiyalar, damlar, sənaye müəssisələri, anbarlar, su resursları qurğuları, yolların alt təbəqələri, avtomobil dayanacaqları da daxil olmaqla hər növ tikililərə su sızmalarının və maye daxil olmasının qarşısını almaq üçün layihələndirilmişdir.

BASF şirkətinin hidroizolyasiya üzrə mütəxəssisləri hər hansı bir tikinti və ya bərpa layihələrində effektiv su izolyasiyası və bərpası üçün spesifik və geniş əhatəli bir sistem yanaşması təklif edirlər. Dünya miqyasındakı məsləhətçilərimiz tətbiq işlərini, istehsal məhsuldarlığını və təhlükəsizliyini artırmaq üçün hidroizolyasiya məhsullarının müvafiq kombinasiyalarını seçərək, dəstək və təlimlər verərək, layihənin başlanğıcından xüsusi həll hazırlanana qədər investorlar, mal sahibləri və iş icraçıları ilə birlikdə çalışırlar.

Hidroizolyasiya üzrə ixtisaslı iş icraçıları, maye məhsulu konstruksiyanın bütün hissələrini və xüsusiyyətlərini əhatə edən su keçirməyən həllə çevirirlər. Sadəcə məhsulun düzgün kombinasiyası və ixtisaslı, peşəkar tətbiq ilə hidroizolyasiya problemi, işlərin həyata keçirildiyi konstruksiyanın uzun istismar müddəti ilə nəticələnəcək şəkildə effektiv olaraq  aradan qaldırıla bilər.