Körpülər, Dəmir Yolları və Yollar üçün həllər

Dayanıqlı Beton Konstruksiyalar üçün həllər

Hər zaman beton körpülər, avtomobil yolları və dəmir yolu xətlərinin çatlamağa, əyilməyə və poladın korroziyaya uğramasına qarşı uzun müddət mükəmməl dayanıqlılıq göstərən, yüksək iş qabiliyyətinə malik beton qatqılara tələbatı vardır.

Tikintinin daha sürətlə aparılması ilə bağlı tələblərin artması və istismar müddətinin artması mühəndislər üçün çətinliklər yaratmaqdadır, belə ki, konstruksiyalar nəqliyyat yüklərinə, ifrat hava şəraitinə və xlorid, sulfat kimi ətraf mühit komponentlərindən gələn təsirlərə məruz qalırlar.

BASF şirkətinin Master Builders Solutions markası yüksək keyfiyyətli, böyük muqavimət gücünə malik və çoxtəyinatlı beton üçün ən müasir polimer texnologiyasını təklif edir. Betonun asan tökülməsini və dayanıqlılıq balansını təmin etmək üçün texniki dəstək üzrə seçmə əməkdaşlarımız betonun optimal  qarışıq nisbətlərini və münasib qatqı maddələrini seçərək spesifik həllər təklif edirlər.

MasterGlenium: Geniş diapazonda su azaldıcı qatqı maddələri.

MasterSure: Beton üçün çökmənin qarşısını alan texnologiya.

MasterLife: Korroziyaya davamlı qatqı maddələri.

MasterSet: Betonun bərkimə müddətini tənzimləyən maddələr.

Master X-Seed: Betonun bərkiməsini sürətləndirən maddələr.

İntellektual həllərdiaqnoz, təmir, qoruma

BASF şirkətinin Master Builders Solutions markası körpülərin bərpası, texniki xidməti, qorunması və yeni körpü tikintisində rast gəlinən çətinliklərə cavab verən təmir və qoruma həllərindən ibarət geniş məhsul portfelinə malikdir.

Bizim məhsul çeşidimiz inşaat sənayesində 100 ildən çox təcrübə üzərinə qurulmuş dünyadakı bütün BASF mühəndislərinin peşəkarlığı ilə dəstəklənməkdədir. Konstruksiyanızın gələcəkdə də effektivliyinin davam etməsini təmin etməklə körpü təmiri və qorunması üzrə layihələrin başlanğıcdan sona qədər uğurla başa çatdırılması üçün layihəyə məxsus həlləri sizinlə əlaqə yaradaraq təmin edirik.

Korroziyanın qarşısını tam almaqdan onu azaltmağa qədər, beton təmirindən çat hissələrinin bərpasına qədər Master Builders Solutions məhsulları körpünün struktur bütünlüyünü və estetik görüntüsünü yenidən əmələ gətirmək üçün hazırlanmışdır. Zədənin əsas səbəbini müəyyən etməklə, istismara dərhal yenidən başlanması məqsədilə körpünün tam yük götürmə qabiliyyətini bərpa etmək, istismar müddətini artırmaq və betonu və onun memarlıq elementlərini möhkəmləndirmək üçün Sizinlə birlikdə  çalışırıq.

Master Builders Solutions qoruyucu üzlüklərini tətbiq etməklə və səthi işləri görməklə, beton təbəqələrini yolun eroziyası, su sızmaları, duz, donma və ərimə dövrələrinin səbəb olduğu korlanmalara qarşı müdafiə edə bilərsiniz. Bunlara, yüksək iş qabiliyyətinə malik su kənarlaşdırıcı izolyatorlar və görünməyən müdafiə sipəri əmələ gətirmək üçün beton ilə kimyəvi olaraq birləşən nazik polimer üst təbəqələr daxildir.

MasterProtect

MasterEmaco

MasterInject

MasterBrace

Hərəkətin qarşısını alan sementləmə məhlulları

Master Builders Solutions-nın sement, epoksid və polimer əsaslı sementləmə həlləri onların asan tətbiq olunmaları, dayanıqlıqları və yüksək iş qabiliyyəti xüsusiyyətləri üçün hazırlanmışdır. Körpülər və dəmir yolu xətləri üçün hazırlanan bu yüksək dayanıqlı maye sementləmə məhsulları bölmələrin dəqiq düzləşdirilməsini, struktur sabitlənməsini və armatur gərilməsini təmin edir. İnyeksiya və beton birləşməsi, möhkəmləndirilməsi və polad ankerlərin korroziyadan müdafiə olunması üçün hazırlanan məhlullar hər bir seqment və ya komponent üçün ümumi yük götürmə dəstəyini təmin edirlər. Son dərəcə dayanıqlı olmaqları səbəbindən onlar donma-ərimə dövrələri və dəniz mühiti də daxil olmaqla ekstremal şəraitlərə və temperaturlara dözə bilirlər.

 

MasterFlow

Körpülər, Dəmir yolu və yollar üçün qruntun möhkəmləndirilməsi

Tunel açma həllərimiz üçün daha ətraflı məlumat əldə edin.

 

 


Brands