Dəniz qurğuları üçün həllər

Beton uzun müddət suyun təsirinə məruz qaldıqdan sonra, dağıdıcı bir komponentə çevrilə bilir. BASF şirkətinin Master Builders Solutions məhsulları duzlu su səbəbindən korroziyaya, ekstremal hava şəraitinə və müntəzəm dalğa təzyiqinə məruz qalacaq liman platformaları, liman kənarı tikililəri, bəndlər, hidrotexniki bənd qurğuları, körpü dayaqları və dalğaqıranlar kimi dəniz qurğuları üçün bərpa edici həllərə istiqamətlənmişdir.

Aşındırıcı elementlərin qarşısını ala bilən qatqılar

Sualtı şəraitdə beton tökülməsi üçün, Master Builders Solutions markasının aşınma əleyhinə xüsusi qatqı maddələri, su daxilindəki həyata ətraf mühit təsirlərini minimuma endirməyə kömək etməklə yanaşı, arzu olunan möhkəmlik və dayanıqlığı əldə etmək üçün betonu yapışqan və axıcı vəziyyətdə saxlayırlar.

Bundan əlavə, BASF hər zaman su izolyasiyası məsələsinə diqqət yetirmişdir.  Bizim sürətli, etibarlı, səmərəli qatqı həllərimiz, xlor sızmasına və sərt hava şəraitlərinə qarşı qorunan su keçirməyən betonu əmələ gətirmək üçün korroziya inhibitorlarını və su keçirməyən sistemləri birləşdirirlər.

İnşaat prosesi zamanı diqqətli təhlil çat, sızma və aşınmaları məhdudlaşdırmaqla konstruksiyanın istismar müddətini artırır. Yüksək keyfiyyətli həllərlə bağlı öhdəliyimiz və yeni qatqı məhsulları və sistemlər üzrə müntəzəm araşdırmalarımız, dünya miqyasındakı tikililərə dəyər qatır və müştərilərimizin ehtiyacları ilə üst-üstə düşür.

Texniki xidmətlə bağlı çətinliklər sadələşdirildi.

Zaman keçdikcə korroziya təsirləri dəniz qurğuları üçün kəskin bir problemə çevrilir. İllərlə ciddi ətraf mühit təsirlərinə, su sızmasına məruz qalmaq və xloridlərin, sulfatların və donma-ərimə proseslərinin zərərli təsirləri, eləcə də dəniz suyundakı yosunlaşmanın səbəb olduğu aşınma və dəniz nəqliyyatının təsiri, dəmir-beton dəniz qurğularında korroziyanın ən vacib səbəblərindəndir.

BASF şirkəti Master Builders Solutions markası altında, ən təhlükəli mühitdəki betonun istismar müddətini uzatmaq üçün zəruri olan demək olar hər növ təmir və qoruyucu həlləri təchiz edir. Bunlara bazarda qabaqcıl olan, sürətlə quruyan beton təmir məhlulları, dəniz qurğuları üçün ideal olan, sınaqdan keçirilmiş və yoxlanmış katodlu qoruyucu məhsulları üçün zəruri çat təmiri də daxildir.

 

MasterFlow

MasterBrace

 

 










Brands