Yaşayış binaları üçün həllər

Suyun izolyasiyası məsələləri ilə bağlı BASF şirkəti, binanızın tam qorunması üçün həllər təklif edir.

BASF Master Builders Solutions, binanızın daxili hissələrini qoruyan kompleks su izolyasiya sistemlərini təmin edir.

Keyfiyyətli su izolyasiyası və ya suya qarşı dayanıqlılıq bir binanın uzunömürlü olmasına, enerji sərfiyyatına və rahatlığına zəmanət verən əsas amildir. Yüksək keyfiyyətli su izolyasiya texnologiyalarımıza, quruduqdan sonra binanı və daxili hissələrini qoruyan, suya və nəmə qarşı monolit, tam yapışmanı təmin edən, elastik püskürtmə və əl vasitəsilə tətbiq edilə bilən sistemlər daxildir.

Bütün beton konstruksiyalar birləşmələri tələb etdiyi üçün BASF şirkəti demək olar ki bütün konstruksiya birləşmələri üçün nəzərdə tutulan kipləşdirici məhsulların geniş portfelini təklif edir. Bu izolyasiya məhsulları suyun, nəmin və çirkləndirici maddələrin binaya daxil olmasının qarşısını almaqla bir ya da iki səth arasında hərəkətə imkan verən kip birləşmə yaradırlar. Bu dayanıqlı birləşmələr çox hərəkətli və nəmli mühitlərdə belə su və kimyəvi maddələrin təsirinə müqavimət göstərərək konstruksiyanın bütövlüyünü qoruyurlar. 

MasterSeal (Üzərindən nəqliyyat vasitələri keçə bilər)

MasterSeal (Yeraltı sistemlər, izolyasiya elementləri)


Mükəmməl yerləşmə qabiliyyəti, dayanıqlılıq və yekun forma

BASF şirkəti, Master Builders Solutions markası altında çox yüksək temperaturlara və yerli şərtlərə dayanıqlılıq göstərmə gücünə malik olan, ətraf mühitə təsirləri minimuma endirilmiş möhkəm, dayanıqlı evlər tikmələri üçün beton istehsalçılarına kömək edən, texnoloji baxımdan qabaqcıl qatqı maddələrinin tam portfelini təklif edir.

Tikinti kimyəvilərinin icad edilməsində dünya lideri olan BASF şirkətinin Master Builders Solutions markası ümumi olaraq görünüşü yaxşılaşdıran və tikintini sürətləndirən, betonun möhkəmliyini və istismar qabiliyyətini inkişaf etdriən dünya səviyyəli qatqı maddələrini seçmək için uzun müddətə malik təcrübəsini praktiki texniki dəstəklə birləşdirir.

MasterGlenium: geniş diapazonda su azaldıcı qatqı maddələri.

MasterPolyheed: xloridsiz, orta səviyyəli diapazonda su azaldıcı qatql maddələri.

MasterRheobuild: reoplastik xüsusiyyətlərə malik, geniş diapazonda su azaldıcı qatqı maddələri.

MasterPozzolith: zəif dayanıqlığa malik beton üçün su azaldıcı qatqı maddələri,

 

Zamanın sınağından çıxan beton təmiri və qoruma vasitələri

 

Harada yaşamağımızdan asılı olmayaraq, mövcud binalarımızda gördüyümüz yeniləmə işlərinə qoyduğumuz sərmayə maliyyə, ətraf mühit və hissiyyat baxımından böyük üstünlüklər təşkil edir.

Master Builders Solutions markası altında BASF şirkəti, müştərilərimizin mülkiyyətlərinin dəyərini və struktur bütünlüyünü qoruyan və bazarda qabaqcıl yer tutan məhsulları təklif edir. Özüllərdən eyvanlara və tavanlara qədər bütün yerlərdə bizim təcrübə, qısa müddətlə istismara verilməyə və uzun ömürlü dayanıqlığa təminat verir.

Beton bərpaedici məhlullar və qoruyucu üzlüklərimiz hər cür ətraf mühit təsirlərinə qarşı ilk müdafiə zolağını yaradaraq şəhərlərə və köhnə tikililərə rəng, canlılıq gətirir və orijinal görünüşünü bərpa edir.

Dünyanın bütün bölgələrində fəaliyyət göstərən bərpa üzrə mütəxəssislərimiz müştərilərimizə yerli şərtlərə uyğun olması üçün hazırlanmış bərpa edici və qoruyucu həllərin unikal dəstini təklif edir.

 


 

 

Brands