Kimya Sənayesi üçün həllər

Etibar edə biləcəyiniz yerlik üzlənməsi

Kimya sənayesindəki tələbat həddindən artıq çoxdur. BASF şirkətinin Master Builders Solutions markası kimya sənayesində yerlik üzlənməsi üzrə tələbatlara cavab verən Ucrete ağır iş rejimli poliuretan və epoksid yerlik üzləmə sistemlərindən ibarət portfeldən ibarətdir. Bu yerlik üzləmə sistemləri, istilik təsirlərinə müqavimət göstərməklə yanaşı, mükəmməl mexaniki və kimyəvi müqavimət əmələ gətirirlər.

Həm daxili, həm də xarici hissə üzrə tətbiq işlərində bizim yerlik üzləmə sistemlərimiz, minimum boşdayanma ilə istehsal prosesinin davam etməsini təmin etməklə sürətlə tətbiq edilir və istismara verilir. 

MasterTop

Ucrete

 

Ən çox ehtiyac duyulan yerə müdafiə  

Kimyəvi təsirlərə qarşı bazarda qabaqcıl üzlüklərimiz və səthlə bağlı prosedurlarımız kimyəvi təsirlərə qarşı uzun müddətli müdafiəni təmin edir. Bundan əlavə, təhlükəli kimyəvi maddələrin güclü təsirinə məruz qaldıqdan sonra struktur bütünlüyünü yenidən əmələ gətirmək üçün sürətlə quruyan xüsusi təmir məhlullarımız vardır.

Bundan başqa maşın mexanimzlərinin sabitlənməsi və möhkəmləndirilməsi üçün sement və polimer əsaslı dəqiq sementləmə materiallarından ibarət kompleks məhsul çeşidini təklif edirik.