Əczaçılıq Sənayesi üçün həllər

Minimum xərc və boşdayanma müddəti ilə sürətli təmir həlləri

BASF şirkəti, güclü kimyəvilərə və aşınmağa qarşı müqavimətin, eləcə də qısa müddətdə yenidən istismara vermənin əhəmiyyətli olduğu əczaçılıq sənayesində səthin cilalanması, sürətlə quruyan təmir məhlulları və kimyəvilərin qarşısını alan sistemlər sahəsində ixtisaslaşıb.

Yüksək iş qabiliyyətinə malik üzlüklərimiz, təmizlik işlərində istifadə olunan təhlükəli mayelər və kimyəvilərə qarşı güclü müdafiəni təmin edir.

Konstruksiyalarda və beton döşəmələrdə dağılmaların meydana gəldiyi yerlərdə, yerlik üzləmə məhsullarımız tətbiq edilmədən əvvəl sürətlə quruyan təmir məhlullarımız konstruksiyaların bütünlüyünü yenidən təmin etmək üçün tətbiq oluna bilər.

Bundan başqa maşınların öz yerlərinə möhkəmləndirilməsi və sabitlənməsi üçün sement və polimer əsaslı dəqiq sementləmə materiallarının kompleks məhsul çeşidini təklif edirik.

Ucrete

MasterTop

Kimyəvilərə və korlanmağa dayanıqlı, yüksək iş qabiliyyətinə malik döşəmə üzlükləri

BASF şirkəti Master Builders Solutions markası altında, əczaçılıq sektorunda korlanmağa və kimyəvilərə qarşı dayanıqlı olan və ən yüksək səviyyədə təmizliyi təmin edən antibakterial döşəmə sistemlərini təklif edir. Araşdırma laboratoriyalarından emal və istehsalat müəssisələrinə qədər tikişsiz epoksid və poliuretan texnologiyamız təhlükəli kimyəvilərə və istilik təsirlərinə qarşı həddindən artıq güclü müqavimət göstərir.

Xüsusi Ucrete poliuretan beton döşəmə sistemləri asan şəkildə təmizlənir və dayanıqlı döşəmələr üçün standartlar əmələ gətirir.

Kimyəvi və həlledicilərin harada istifadə olunmasından asılı olmayaraq, elektrostatik boşalma riski vardır. Elektrikləşməyən döşəmə sistemlərimiz bu sabit elektriki idarə edən keçirici xüsusiyyətləri ilə yanaşı, kimyəvi və həlledicilərə qarşı dayanıqlığı təmin etmək üçün hazırlanmışlar.

Döşəmə üzlükləri üçün BASF şirkətinin həlləri, sürətli tikinti və bərpanı təmin etmək məqsədilə tətbiq işlərini sürətləndirmək üçün hazırlanmışdır.

Ucrete

MasterTop