Tunel qazma sənayesi üçün həllər

 

BASF şirkəti Master Builders Solutions markası altında, tunel qazma sənayesində müştərilərin ehtiyaclarına istiqamətlənmiş məhsul həllərinin aparıcı təchizatçısıdır. 100 ildən çox təcrübə ilə birlikdə, gətirdiyimiz yeniliklər günümüzün etalonuna çevrilmişdir. İdeyaları qeyri-adi yaradıcılıq məhsuluna çevirərək yaşadığımız dünyada müştərilərimizin öz layihələrinə yeniliklər əlavə etməsinə yardımçı oluruq.

Qruntun bərkidilməsi

Qruntun bərkidilməsi üzrə yaradıcı həllər

Tunel qazma işlərində qruntun bərkidilməsi üçün püskürtmə beton geniş istifadə olunmaqdadır. BASF şirkəti Master Builders Solutions markası altında, müəyyən layihə tələbatları üçün xüsusi olaraq hazırlanmış yaradıcı və səmərəli məhsul həlləri və sahəsi üzrə ixtisaslaşmış texniki xidmət təklif etməkdədir. Bu həllər iş mühitini inkişaf etdirir, sağlamlıq və ətraf mühit üçün olan riskləri azaldır.

BASF Master Builders Solutions, tunel layihələrinin hər bir mərhələsində tunel layihəçilərinə, podratçılara və layihə sifarişçilərinə dəstək olur. Topladığımız biliklər, müvafiq püskürtmə beton sistemlərinin seçimində yardımçı olmaqla yanaşı,  tunel qazma işlərində qruntun bərkidilməsi problemlərinin həllinə də dəstək verir.

Qruntun möhkəmləndirilməsi

Qruntun sürətlə möhkəmləndirilməsi üzrə həllər

BASF şirkətinin Master Builders Solutions markası altında, MasterRoc məhlullarından ibarət məhsul çeşidinin bir parçası olaraq, qruntun möhkəmləndirilməsi üzrə yüksək iş qabiliyyətinə malik məhsullar və sistem həlləri təklif edirik.

Yer altında tikinti işləri zamanı gözlənilməyən su sızması və qeyri-qənaətbəxş qrunt şəraiti xərcləri artırır və ətraf mühit üçün mənfi təsirlər əmələ gətirir. Bu risklərin qarşısını almaq üçün səmərəli yanaşma, qruntu möhkəmlətmək və su sızmasının qarşısını almaq üçün üz hissənin qarşısındakı qrunta əvvəlcədən inyeksiya işini həyata keçirməkdir.

Tunel Qazma Maşını (TQM)

Ümumi həll yanaşması müştərilərin TQM-ə olan tələbatlarını optimallaşdırır.

BASF şirkətinin Master Builders Solutions markası, TQM tunel peşəkarlarının tələbatlarını qarşılamada yeni mərhələyə qədəm qoymuşdur. Ümumi həll yanaşması, xüsusilə çətin qrunt şəraitlərində TQM-nin effektivliyini və iş qabiliyyətini artıraraq bu mürəkkəb yeraltı sektora yeni standartlar gətirmişdir.

İstər yumşaq üzlük çəkilmə metodu, istərsə də açıq möhkəm qaya metodu tətbiq olunsun, TQM tunellerinin tələbatlarını və problemlərini qarşılamaq üçün ən geniş məhsul və xidmət çeşidini təklif edirik. Layihənin başlanğıcından etibarən işə cəlb olunmaqla, bizim beynəlxalq səviyyəli tunel mütəxəssislərimiz, ən uğurlu məhsul sistemini təmin etmək və TQM-nin irəliləmə səviyyəsini maksimuma yüksəltmək üçün bütün əlaqədar olan şəxslərlə fəaliyyət göstərirlər.

TQM

 

 

Brands