Su təsərrüfatı sənayesi üçün həllər

 

Minimal boşdayanma müddəti ilə yüksək iş qabiliyyətli, səmərəli su izolyasiyası

Səhvin yaranması üçün kiçik detalların rol oynadığı bu mürəkkəb sənayedə, BASF şirkətinin Master Builders Solutions markası altındakı MasterSeal məhsul portfeli, içməli su və çirkab su konstruksiyalarının istismar dövrlərini uzatmağa və etibarla qorumağa imkan verəcək su izolyasiya məhsullarından ibarətdir.

BASF şirkətinin sınaqdan çıxmış su izolyasiyası və kipləşdirici texnologiyası, kimyəvi təsirlərə və sərt şəraitlərə mükəmməl səviyyədə müqavimət göstərən, uzun ömürlü qoruyucu membranları əmələ gətirməklə ətraf mühitə uyğunlaşdırılmışdır. Geniş su izolyasiya portfelimiz və texnologiyamız dayanıqlı həllər əmələ gətirir və ən optimal xərclə ən qısa müddət tələb edən düzgün sistemin qurulduğuna təminat verən yerli mütəxəssislər qrupu ilə dəstəklənir.

Bütün konstruksiya montajları birləşmə yeri tələb etdiyindən, BASF bütün tikililərdəki birləşmələr, boşluqlar və çatlar üçün nəzərdə tutulan izolyasiya materiallarının geniş portfelini təklif etməkdədir. Bu izolyasiya materialları suyun, nəmin ya da çirkli maddələrin konstruksiyaya daxil olmasının qarşısını alarkən iki və ya daha çox səth arasında hərəkətə imkan vermək üçün möhkəm birləşmə əmələ gətirir. Bu birləşmələr, ifrat hərəkət və nəmlərdə belə konstruksiyanın bütünlüyünü saxlayaraq dayanıqlı şəkildə suya və kimyəvi təsirlərə qarşı müqavimət göstərir.

 

 



Brands